9.10.10

Ən xoşagələn qoxular

Qadınlar vanil ətrini, kişilər isə körpə uşaq qoxusunu sevir

İngiltərə. Burada dünyanın ən yaxşı qoxuları müəyyən edilib. Bununla əlaqədar keçirilən sorğuda 4 min insan iştirak edib. Araşdırma nəticəsində məlum olub ki, qadın və kişilər tamamilə fərqli qoxuları bəyənir. Belə ki, qadınlar ən çox vanil ətrini, kişilər isə körpə uşaqların qoxusunu sevir.

Ən çox sevilən qoxular bunlardır: təzə bişmiş çörək ətri, təmiz yataq dəsti qoxusu, yeni biçilmiş ot qoxusu, təzə çiçək ətri, təzə çəkilmiş qəhvənin ətri, yağışdan sonrakı torpaq qoxusu, vanil qoxusu, şokolad ətri, körpə uşaq qoxusu, limon ətri, lavanda ətri, benzin qoxusu, qızılgül ətri və maşın təkərinin qoxusu.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru