14.6.10

Britni Spirs kimi zorlayıb?

Ona qarşı bu iddianı mühafizəçisi qaldırıb

ABŞ. İndiyədək Amerika məhkəmələrində ulduz ifaçı Britni Spirslə bağlı çoxsaylı proseslər keçirilib. Bu dəfəki məhkəmə digərlərindən tamamilə fərqlidir. Vaxtilə Spirsin mühafizəçisi işləmiş Fernando Flores müğənninin onu zorladığını bəyan edib və məhkəməyə üz tutub. Floresin sözlərinə görə, birgə çalışdıqları zaman Spirs tez-tez onu özü ilə sekslə məşğul olmağa məcbur edirmiş. İndi bunun əvəzini məhkəmədə çıxmağa qərar vermiş eks-mühafizəçi müğənnidən kompensasiya olaraq bir neçə milyon dollar almağı düşünür. «O, tez-tez tam çılpaq formada qarşıma çıxır və məni yataq otağına çağırırdı», - deyə Flores bildirib. Onun nümayəndəsi deyir: «Flores hər dəfə bu təklifdən imtina edib və bu zaman Britni onu işdən qovacağı ilə hədələyib. Nəhayət, baş verənlərə dözməyən Flores ötən həftə özü müğənni ilə birgə fəaliyyətinə son qoyub və məhkəməyə müraciət edib».

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru