Polis qadınların onu QİÇS-ə yoluxdurmalarından şübhələnir
Papua-Yeni Qvineya. 17 yaşlı məktəbli oğlan onu bıçaqla hədələyən 10 qadının hücumuna məruz qalıb. 10 qadın 17 yaşlı kəndli oğlanı bıçaqla hədələyərək ona təcavüz ediblər. Cənubi Dağlıq vilayətinin polis rəisi Teddi Teyin dediyinə görə, qadınlardan ibarət banda əyalət mərkəzi Mendinin yaxınlığında məktəbli oğlana hücum edib. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Polis QİÇS-ə yoluxmalardan şübhələnir: "Bu, çox ciddi məsələdi və polis onların kimliyini müəyyənləşdirməyə çalışır. Qadınların hamısı mətbəx bıçaqları ilə silahlanıblar. Oğlanı vəhşicəsinə zorlayan isə onların arasındakı 4 nəfər olub. Qadınları həmişə xəbərdar edirəm ki, axşamlar və gecələr küçələrdə ehtiatlı olsunlar. İndi deyəsən, kişiləri də xəbərdar etməli olacağıq", - Tey deyib. Papua-Yeni Qvineyada təcavüzə məruz qalanların təxminən yarısı yaşları 15-ə çatmayanlar, 13 faizi isə yaşı 7-dən az olan uşaqlardır.
No comments:
Post a Comment