Özü edamdan qurtuldu
Misir. Livanlı pop ulduz Suzanna Tamimi öldürtdürən deputat Hişam Tələt Mustafaya 15 il azadlıqdan məhrumetmə cəzası verilib. Tələt Mustafanın apelyasiya şikayəti təmin olunub və ona verilən edam cəzası dəyişdirilib. İstintaq zamanı məlum olub ki, müğənni ilə misirli siyasətçi arasında sevgi münasibəti olub. Sonradan isə onlar arasında problemlər yaranıb və 2008-ci ilin iyununda Tələt Mustafa Dubayda pensiyada olan bir polisə Suzannanı öldürmək tapşırığı verib. Buna görə sifarişli qatilə 2 milyon dollar da ödənilib. Qeyd edək ki, Haşim Tələt Mustafa Misirin ən varlı şəxslərindən hesab olunur. Artıq onun deputat mandatına xitam verilib.
No comments:
Post a Comment