2.11.10

Çirkinlərin ailə qurması asanlaşdı

Artıq nişanlananlar da var

ABŞ. Gözəl olmayan insanların tanışlığı üçün açılan sayt ilk uğuruna imza atıb. Belə ki, bu sayt vasitəsilə tanış olan cütlük nişanlandıqlarını bəyan ediblər. Özünü şübhəli xarici görünüşə malik olan insanlar üçün tanışlıq meydançası kimi qələmə verən "TheUglyBugBall.com" saytı bir il bundan əvvəl açılıb. Bu ilin avqustunda bu servisdə 36 yaşlı Tom Klifford və 31 yaşlı canni Uoker tanış olublar. Onlar İngiltərənin Qlosterşir qraflığında bir şəhərdə yaşayırlar. Bu ilin sentyabrında isə onlar ilk dəfə olaraq görüşüblər və bir-birlərini bəyəniblər. Bir neçə dəfə görüşdükdən sonra isə onlar nişanlanmaq qərarına gəliblər. Sayt isə bu barədə xəbər tutduqdan sonra onlara bal ayı təşkil edəcəyinə söz verib. Cütlüyün toyu isə bir neçə aydan sonra keçiriləcək.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru