10.8.09

Ana oğulunun cinsini dəyişdi

Oğulunun səhv bədəndə doğulduğunu müdafiə edən ana onu qız etmək üçün mübarizə aparır.

İngiltərə. Ana səhv bədəndə doğulduğunu qarşıya qoyan 14 yaşındakı oğulunun cinsiyyət dəyişdirmə tələbinin qəbul edilməsini istədi. Ölkədə 18 yaşından tez cinsiyyət dəyişdirmə qadaga oldugu ücün qanun üzərində mübahisələr yenidən alovlandı. İngiltərədə hələ 14 yaşında bir şagirdin cinsiyyət dəyişdirmək üçün ölkənin Milli Sağlamlıq Xidmətinə müraciət edəcəyi bildirildi. "Qız kimi" geyinən və makiyaj edən Georgie Smith adındakı uşağın bu istəyi anasından da təsdiq aldı. Smith, mətbuata "Öz qərarımı verəcək qədər böyüyüm və bir qız olmaq istəyirəm" şərhini etdi.

Smithin 41 yaşındakı anası, ölkədə yetkinliyə çatmadan cinsiyyət dəyişməsi əməliyyatına icazə verməyən qanunu tənqid edərək, "oğulum 18 yaşına gəldiyində bir qıza bənzəyə bilməyəcək" deyə ifadə verdi. Ana Carol Smith, səhv bədəndə doğulduğunu söyləyən oğulunun iki yaşından bəri qız olmaq istədiyini və iki dəfə intihara cəhd etdiyini ifadə etdi. Ana bir kişi kimi uzun boylu və böyük əllərə sahib olmasına qarşı olduğunu söylədi. Şəxsiyyətini qorumaq üçün Georgia adını istifadə edən uşaq isə məktəbdə əcaib rəftarı gördüyünü, Dorset`də getdiyi məktəbdə bir müddət qız forması geyməsinə icazə verildiyini ifadə etdi.

Ana Smith isə oğulunun həmişə televiziyadakı qızlar kimi olmaq istədiyini ifadə edərək, əməliyyata yaş sərhədi qoyan qanunun dəyişməsini istədi. İngiltərədə keçdiyimiz aylarda da buna bənzər bir hadisə olmuşdu və ölkədə söz mövzusu qanun müzakirə edilməyə başlamışdı. 12 yaşındakı bir oğlanı cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qız olmağa qərar vermişdi, ailəsi də uşağın qərarına hörmət göstərib adını dəyişdirmişdi.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru