30.1.10

Zəlzələ bölgəsində uşaq oğurluğu başladı

Uşaq alverini təşkil edənlər ABŞ vətəndaşları imiş...

Haiti. 2 aylıq və 12 yaş arasında 31 uşağı qaçırmada şübhəli bilinən 10 ABŞ vətəndaşının tutulduğu bildirildi. Sosial İşlər üzrə nazir Yves Christallin, 5 kişi və 5 qadından ibarət olan cinayətlar dəstənin yanlarındakı uşaqlarla birlikdə Dominikan Respublikası sərhəddində haitili bir polis komissarı tərəfindən tutulduğunu ictimaiyyətə çatdırdı.

Bunun övladlığa götürmə deyil, bir qaçırma və uşaq alveri hərəkəti olduğunu bildirən haitili nazir, bir uşağın övladlığa götürülərək ölkə xaricinə aparıla bilməsi üçün əlaqədar təşkilatdan icazə lazım olduğunu nəzərə çatdırdı. Polisin yaydığı məlumatda isə, Amerikalılar artıq hüquq-mühafizə orqanlarına təslim edildiyi və cinayət ortağı olduğu hesab edilən daha iki Haitili ilə birlikdə Port-o-Prinsdə saxlandıqları, hadisə ilə əlaqədar istintaq açıldığı qeyd edildi. Uşaqların isə Port-o-Prinsin şimalındakı bir sığınma mərkəzinə aparıldıqları qeyd edilir.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru