Dünyanın ən böyük dovşanı
Ralf Ginnesin "Rekordları"na düşüb
İngiltərə. Britaniyalı xanım Qrant, heyvanları çox sevir. Hazırda onun evində yaşayan dovşan isə, böyüklüyü ilə diqqəti cəlb edir. Dünyanın ən böyük dovşanı İngiltərədə yaşayır. Hazırda 1 yaş 6 aylıq olan bu qeyri-adi heyvanın çəkisi 20 kiloqramdan çoxdur. Ralf adlı dovşan, canının qədrini yaxşı bilir. Əsl qurman olan ralf, qidanı keyfiyyətinə görə fərqləndirməyi bacarır. Ona gündəlik olaraq xeyli kələm, yerkökü, alma, arpa və digər bitkilər verilir. Sahibəsi paulina qrant, yeməyi gecikən ralfın əsəbləşərək evdəkilərə hücum etdiyini deyir. Ralfın yeməkdən sonra ən çox sevdiyi şey, qucaqda sığallanmaqdır. Onun qidalanması üçün, xanım qrant, ayda 80 fun-sterlinqdən çox pul xərcləyir. Bu nəhəng dovşan, yaşadığı ərazidə çox məşhurdur. Onu görmək üçün bura hətta uzaq şəhərlərdən xeyli adamlar gəlir.
No comments:
Post a Comment