30.8.10

İran qəzeti Fransanın birinci ledisini ağır təhqir edib

Qəzet onu "fahişə" adlandırıb

İran. Ölkənin mühafizəkar hökumətini dəstəkləyən gündəlik “Kayhan” qəzeti Fransanın birinci ledisini ağır təhqir edib. Qəzet Brunini “fahişə” adlandırıb. Bu günlərdə qəzetdə “Fransız fahişələr hüquq mühafizəçilərinin etirazına qoşuldular” (“French prostitutes join the human rights protest”) başlıqlı məqalə dərc olunub. Həmin məqalədə Karla Bruninin və onun rəfiqəsi, fransalı aktrisa İzabel Acaninin adı çəkilir. Material Bruni və Acaninin İranda daş-qalaq edilərək edam cəzasına məhkum edilmiş 43 yaşlı Səkinə Məhəmmədi Aştianinin müdafiəsinə qalxmalarından sonra dərc olunub.


Qeyd edək ki, milliyətcə azərbaycanlı olan Səkinə 2006-cı ildə xəyanətdə və həyat yoldaşının qətlində ittiham edilib. O, əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirib. Artıq onlarla hüquq müdafiə təşkilatı, eləcə də bir çox ölkələr İran hökumətinin qərarını tənqid edib. Karla Bruni isə bir neçə gün öncə Aştianinin müdafiəsi ilə bağlı açıq məktub yazıb. Buna cavab olaraq “Kayhan” qəzeti məqalə ilə çıxış edərək, Fransa prezidentinin həyat yoldaşının müxtəlif şəxslərlə eşq macəralarını sadalayıb. İran televiziyası isə Bruninin öz əxlaqsız hərəkətlərinə haqq qazandırmaq üçün Səkinənin müdafiəsinə qalxdığını bəyan edib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru