Qəribə toy hədiyyəsi
Oreqami pullar
İndoneziya. Burada yeni evlənənlər toylarından xatirə üçün nəğd puldan düzəldilmiş oreqamiyə üstünlük verirlər. Adətə görə İndoneziyada müsəlman toylarında yeni evlənənlərə xatirə hədiyyəsi verirlər. Hədiyyə həm nəğd pul həm də hər hansı bir bəxşeyiş ola bilər. 28 yaşlı Duhita Svastihayu xanımlarına xüsusi hədiyyə vermək istəyən bəylərə fərqli bir xidmət təklif edir- o kağız pullardan orjinal oreqami düzəldir. Qızılgüllər, kəpənəklər, qartal, məscid, mili geyimdə olan evlənən cütlük və gəmi Duhitanın düzəltdiklərindən bəzi nümunələrdir. Bu sənətlə o 3 ildir ki məşğuldur. Öz toyunda çox baha qiymətə xatirə hədiyyəsi sifariş verib. Lakin verdiyi pulun müqabilində təklif edilən puldan hazırlanmış oreqami onu qane etməyib və oreqamini özü hazırlamağı qərara alıb. İxtisasca mühəndis olan Duhita 2008-ci ildə uşaqlarına baxmaq üçün işdən çıxıb və evdə öz biznesini qurub. Oreqami sənəti haqqında heç bir məlumatı olmayan qadın internet və kitablara müraciət edib. Hazırladığı incəsənət nümunələrini o müştərilərə 61-98 dolara təklif edir. 30-40santimetrlik bir oreqami düzəltmək 3-4 həftəyə başa gəlir. Xüsusi sifarişlər isə 2-3 ay vaxt aparır.
No comments:
Post a Comment