İsveçrə dövləti küçə cütləşməsinə izn verdi
Onlar üçün otaq da ayırdı
İsveçrə. Sürix küçələrində sekslə məşğul olmaq üçün kabinetlər qurulacaq. Hökumət Sürix küçələrində avtomobil həvəskarlarının elə avtomobildə fahişələrlə sekslə məşğul olmalarının qarşısını almaq üçün belə qərar verib. Kabinetlər tünd, qeyri-şəffaf materiallardan qurulacaq, kənar şəxslərin sekslə məşğul olanları görməsi mümkün olmayacaq, seks istifadəçiləri üçün komfort təmin ediləcək. Hökumət bu qərarı polisə daxil olan çoxsaylı şikayətlərdən sonra gəlib. Şikayətçilər bildiriblər ki, avtomobil həvəskarları maşında sekslə məşğul olur və yanlarından keçənlərə fikir vermirlər. Qeyd edək ki, İsveçrədə fahişəlik qadağan deyil. Fahişəliklə məşğul olan qızlar rəsmi qeydiyyatdan keçir, polis, tibbi xidmət və vergi orqanlarının nəzarətində olurlar. İsveçrədə fahişəliklə əsasən Cənubi Amerika, Rumıniya, Çexiya, Ukrayna, Rusiya və digər ölkələrdən gələn qızlar məşğul olurlar.
No comments:
Post a Comment