
Merilin Monronun yeni fotosu üzə çıxdı
Seks simvolun əbədi cazibəsi
ABŞ. Bu günlərdə “Cazda yalnız qızlardır” filminin indiyə qədər sərgilənməyən fotoları geniş kütləyə təqdim edilib. Merilin Monronun filmdəki bu yeni fotoları hərraca çıxarılacaq. Hərrac iyunun 25-də Las-Veqasdakı “Hollivud Planeti” kazinosunda keçiriləcək. Qeyd edek ki, fotolar , seks-simvolun ölümündən 3 il əvvəl çəkilib və heç bir yerdə bu günə qədər göstərilməyib. Hərracın təşkilatçıları bu fotoların böyük məbləğdə pul gətirəcəyinə əmindirlər.
Xatırıadaq ki, M. Monro ən məşhur ABŞ kinoulduzu və seks simvolu kimi şöhrət qazanmışdı. O ilk dəfə o Co di Maco adlı beysbolçu ilə, daha sonra dramaturq Artur Millerlə ailə həyatı qursa da onun o zamankı ABŞ prezidenti Con Kennedi və qardaşı Robert Kennedi ilə də məhəbbət romanlarının olduğu məlumdur. 36 yaşında müəmmalı intaharının səbəbini isə bir çoxları prezidentin ailəsinə bağlasalar da bu günə kimi qaranlıqdır.
No comments:
Post a Comment