11.10.10

Fahişələr hökuməti haqsız çıxardı

Onlar məhkəmə prosesini qalib başa vurdular

Kanada. Ontario məhkəməsi bir qədər əvvəl daxil olmuş şikayət əsasında fahişələrin hüquqlarını bərpa etmək barədə hökumətə məcburi qərar çıxarıb. Seks sektorunda çalışan 3 fahişə qadın əla bir vəkil tutaraq hökumətə bu şəkildə iddia açmışdı ki, onlar küçədə, yağışlı və soyuq havada çalışdığı zaman tam təhlükəsizlik şəraitində olmalıdırlar və onları hər hansı bir kənar müdaxilədən qorumaq polisin borcudur. Çünki onlar da Kanada vətəndaşıdırlar.

Məhkəmənin qərarına görə isə, seks ilə ticarət, öz bədənini başqalarına könüllü satmaqla pul qazanmaq Kanada konstitusiyasında qadağan olunmadığı üçün fahişə xanımlar da digər başqa vətəndaşlar ilə birlikdə hüquq və azadlıqlara malikdir və iş gəzintisi zamanı onları soyğunçu və quldurlardan qorumaq Ontario polisi tərəfindən dərhal təmin edilməlidir.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru