
Barak Obamanın önünə lüt çıxdı
və 1 milyon dollar qazandı
ABŞ. 24 yaşlı Xuan Rodriqes ABŞ prezidenti Barak Obamanın qarşısına tam çılpaq çıxmaqla 1 milyon dollar qazanıb. Dünyanın ən zəngin insanları arasında 45-ci yerdə olan biznesmen Alki Davidin ABŞ liderinin qarşısına çılpaq çıxacaq şəxsə 1 milyon dollar öədəyəcəyini elan etməsi Rodriqesi həvəsə gətirib. Milyonçunun şərtinə görə, Obamanın qarşısında çılpaq peyda olan şəxsin sinəsində Davidin saytının ünvanı yazılmalı, həmçinin saytın adı 6 dəfə elan edilməli idi. 24 yaşlı Xuan bütün şərtlərə əməl edib. Filadelfiyada minlərlə insanın qarşısında çıxış edən Obamanın qarşısına gözlənilmədən mitinqçilər arasından lüt oğlan çıxıb. Xuan dərhal həbs edilib. Biznesmen isə vədinə əməl edəcəyini açıqlayıb.
No comments:
Post a Comment