8.10.10

Qur'anı yandırmaq istəyi keşişə baha başa gəldi

Onu qoruyan polis 130 min dollar tələb edir

ABŞ. Müqəddəs kitabımız olan “Qurani-Kərim”i yandırmaq hədəsi ilə özünə “Herostrat şöhrəti” qazanmaq istəyən başabəla keşiş ABŞ polisinin sürpriz qərarı ilə qarşılaşıb.Modern.az “bildirir ki, bu sərsəm keşişə onun təhlükəsizliyini həyata keçirmək xahişi baha başa gəlib. Yerli polis 130 min dollarlıq çeki ona təqdim edib. Keşişin təhlükəsizliyini qorumaq xahişi ona məhz bu məbləğə başa gəlib. Yerli polis pastorun və onun rəhbərlik etdiyi kilsənin təhlükəsizliyini təmin etmək üçün 75 min dollar xərcləməli olub. Bu qədər də vəsait bütün şəxsi heyəti növbəyə çıxarmaq üçün sərf edilib. 200-ə qədər polis gecə-gündüz Floridada yerləşən kilsənin mühafizəsini həyata keçirib. Bu mühafizə hətta sərsəm keşiş qərarını təxirə saldığını elan etsə də, götürülməyib. Polisin haqq-hesab çekindən şoka düşmüş 58 yaşlı keşiş bəyan edib ki, bir qəpik də pul ödəmək fikrində deyil. “Biz belə olacağını bilsəydik polisin xidmətindən imtina edərdik”-deyə keşiş bildirib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru