Öz-özü ilə ailə həyatı qurdu
Bununla da bir çox ailə həyatı problemlərindən uzaqlaşdı
Tayvan. Çen Vey-İy adlı qadın öz-özü ilə ailə həyatı quracaq. Gələn ay keçiriləcək toy mərasiminə qadın 30-a yaxın dost-tanışını da dəvət edib. Bununla bağlı Vey-İy bildirib: «30 illiyim mənim üçün vacib bir yaş dövrüdür. İşim və şəxsi yüksəlişimlə bağlı heç bir problemim yoxdur, amma hələ ki, özümə həyat yoldaşı tapa bilməmişəm. Buna görə mənim başqa əlacım qalmayıb». Lenta.ru yazır ki, o, həmçinin, ənənəvi ailəyə qarşı olmadığını da deyib, amma ailə anlayışına bir qədər fərqli yanaşmağa çalışır. O, digər qızların da onun kimi edəcəyinə ümid etdiyini də əlavə edib. Çen öz-özü ilə nikahını rəsmi qeydiyyata ala bilməyəcək, odur ki, əgər uyğun bir kişiyə rast gələrsə, ərə getməyə hazır olduğunu deyib. Qeyd edək ki, mətbuat belə halları əvvəllər də işıqlandırıb. Belə ki, Niderland sakini cenifer Xus öz-özünə ərə gedib, çinli Lyu Yo isə öz fotosu ilə evlənib.
No comments:
Post a Comment