Dünyanın ən gözəl mavisi
“Dünyanın ən gözəl, ən çox qazanan və ən çox arzu edilən mavisi” kimi təqdim etdiyi əslən türk Efe Bal birlikdə olduğu məşhurların adlarını açıqlayacağını bildirib.
İtaliya. 10 ildir Milanda yaşayan 30 yaşlı Efe Balın müştəriləri arasında bir çox məşhur şəxslər var. Dörd dil bilən Efe Balın şəxsi internet səhifəsinə son ayda 200 min nəfər daxil olub. Məşğul olduğu peşəsi sayəsində kiçik də olsa sərvət topladığını bildirən türk mavi İtaliyanın Lombardia bölgəsindəki “Antenna” telekanalı ilə müqavilə imzalayıb. Kanalda yayımlanan bir proqrama qatılacaq Efe Bal deyib ki, birlikdə olduğu məşhurların adlarını açıqlayacaq.
No comments:
Post a Comment