Yüz min dollarlarla qiymətləndirildi
Fransa. İmperator Napoleon Bonapartın bir tutam saçı hərraca çıxarılıb. Hərrac Yeni Zellandiyada keçirilib. Öləndən sonra kəsilən bir ovuc saça 13 min dollar pul ödənilib. Saçı Londondan olan kolleksionerlərdən biri alıb. Kolleksiya Napoleonun sürgün edildiyi adada işləyən Denzil İbbetson adlı ingilisin nəticələri tərəfindən satışa çıxarılıb. Hərracən ən bahalı əşyalarından biri də məhz İbbetsonun Napoleonla dialoqlarının yer aldığı gündəlik olub. Gündəlik üçün 6 min 600 dollar pul verilib. Qeyd edək ki, hərraca çıxarılan əşyalar arasında Napoleona məxsus 100 min dollar dəyərində 40 nümunə olub.
No comments:
Post a Comment