Qısa ətəkli şagirdini məktəbdən atan universitetə təzminat cəzası
Qeys Arruda adlı şagird, hadisədən sonra Braziliya ictimaiyyətində oyandırdığı böyük reaksiya ardından Sao-Paulodakı Bandeirant Universitetinə yenidən qaytarıldı.
Braziliya. 21 yaşındakı tələbənin vəkilləri isə verilən təzminatı cüzi hesab etdi. Arrudanın vəkilləri qızın "ayaqlar altında qalan qüruru" baxımından, məhkəmə qərarında göstərilən təzminat miqdarını qeyri-kafi olduğunu və universitetdən daha yüksək bir təzminat istədiklərini ifadə edərək, qərardan yuxarı instansiyalara şikayətə aparacaqlarını bildirdilər. Qeyd edək ki, qısa ətək geyinməyin problemsiz qarşılandığı Braziliya cəmiyyətində birdən-birə xanım Arrudanın bunun üstündə universitetdən xaric edilməsi fərdi azadlıqlar və cəmiyyət əxlaqı mövzusunda böyük mübahisə və müzakirələr yaratmışdı.
21 Yaşındakı Qeys Arruda, 2009 Oktyabrında qırmızı bir mini paltarla məktəbə gəldiyində, digər şagirdlərin gülüşünə və təhqirlərinə hədəf olmuşdu. Universitet rəhbərliyi isə "etik qanunları, akademik möhtərəmliyi və əxlaqı, gözə batan bir şəkildə sərgilədiyinə görə" Arrudanı universitetin nəzdində fəaliyyət göstərən məktəbdən atmışdı. Ancaq hadisənin mediadakı əks-sədalarının həftələr boyu sürməsi və təhsil nazirliyindən gələn təzyiqlər universiteti qərarını geri almağa məcbur etdi və hələ əlavə bir xərcə də saldı.
No comments:
Post a Comment