Kişi üçün büshalterlər
Bəzi kişilərin bunu həvəslə geyinə biləcəyini fikirləşirlər
Yaponiya. “Wishroom” şirkətinin rəhbəri Masayuki Susiya ağlına belə gətirmirmiş ki, maraq naminə hazırladığı geyim - kişi büstqalteri əsl bestsellerə çevriləcək.
Satış başlayandan artıq 2 həftə sonra “Rakuten” alt paltarı internet-mağazası vasitəsilə 300-dən çox büstqalter satılıb. Bu zaman bir büstqalterin qiyməti 2,8 min ien (30 dollar) təşkil edib.
Masayuki Susiya qadınlara məxsus alt paltarını kişilər üçün elə hazırlayıb ki, onu kişi geyiminin altından geyəndən sonra başqasının görəcəyi və ya hiss edəcəyindən narahat olmamaq olar. “İxtiraçı” iddia edir ki, büstqalteri hazırlayan zaman kişilərin qadınların nə çəkdiyini hiss etməsini istəyirmiş.
“Mənə bədənimə nəyinsə sürtüldüyünü hiss etmək xoş gəlir” - deyən, Susiya büstqalteri utanmadan nümayiş etdirir.
No comments:
Post a Comment