Sifəti olmayan insan
Onu elektrik cərəyanı vurub
ABŞ. Yüksək gərginliyin vurduğu oğlanı həkimlər son anda həyata qaytara bilib. 3 ay komada qalmış Dallas adlı bu şəxs sağ qalsa da, onun sifətindən demək olar ki, əsər-əlamət qalmayıb. Yarım il ərzində onun sifətində və başında dəfələrlə dəri dəyişdirilib. İndi Dallasın həyatına heç bir təhlükə yoxdur. Amma yaxın vaxtlarda daha bir əməliyyatla oğlana tam yeni sifətin köçürülməsi nəzərdə tutulub. Tək-tək sözləri deyə bilən Dallas təslim olmaq fikrində deyil. «Mən təslim olmayacağam. Sabaha inamım var - o, mənim qızımdır», - deyə 25 yaşlı ata həyata olan həvəsini dilə gətirib.
No comments:
Post a Comment