21.11.10

Meymunlar arasında fahişəlik

Onlarda intimç xidmətlər geniş yayılıb

İngiltərə. Alimlər müəyyən ediblər ki, şimpanzelər əməlli başlı alver eləməyi bacarırlar. Məsələn, onlar əldə etdikləri əti sekslə dəyişirlər. Bu zaman uzun müddətli “müqavilələr” də bağlanır: erkək şimpanzelər əldə etdikləri əti təkcə dişi meymunlar mayalanmaya hazır olanda deyil, başqa vaxtlarda da bölüşürlər. Bu kəşf insanların təkamülü ilə bağlı yeni informasiyaların əldə edilməsinə gətirib çıxara bilər. Çünki şimpanze insanın ən yaxın qohumu sayılır.
Erkək meymunların “intim xidmətlərə” görə ət təklif etməsi versiyası bundan əvvəl də irəli sürülüb. Lakin bu faktı təsdiq etmək mümkün olmurdu. Çünki alimlər birbaşa əlaqə, yəni, dişi meymunun ətə qonaq edilməsindən sonra cinsi əlaqə faktını axtarırdılar.
İndi isə alman alimləri faktı sübut ediblər. Onların Kot dİvuarda apardığı müşahidələr göstərib ki, erkək meymun dişi meymunu ətə qonaq edə və üstündən ancaq 2 gün keçəndən sonra cinsi yaxınlıqda ola bilər.

Tədqiqatın rəhbəri Kristian Qomes ətin şimpanzenin rasionunda böyük əhəmiyyətə malik olduğunu bildirib: “Çünki onun tərkibində xeyli protein var. Dişi meymunlar adətən özləri ov etmədiklərindən, az ət yeyirlər. Amma belə razılaşma nəticəsində erkək meymun cinsi əlaqələrinin sayını artırır, dişi meymun isə əlavə kalorilər əldə edir».
Maraqlıdır ki, şikarının ətini bölüşməyə hazır olan erkək meymunlar daha xəsis meymunlardan ən azı 2 dəfə çox cinsi əlaqədə olurlar. Bəzi ekspertlər bildirirlər ki, bu faktı meymunlar arasında fahişəlik adlandırmaq olar.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru