15.10.10

Əlləri olmadan birinci olub

Bunu o piano müsabiqəsində etməklə şok yaradıb

Çin. Burada gənc istedadlar arasında keçirilən müsabiqədə hər iki qolu olmayan Liu Vei ayaqları ilə piano çalaraq qalib gəlib. 23 yaşlı Lui Vei hər iki qolunu 10 yaşı olarkən avtomobil qəzasında itirib. “China`s Got Talent” adlı müsabiqədə iştirak edən gənc öz istedadı ilə hamını heyran edib. Onu alqışlayan tamaşaçılara təşəkkür edən pianoçu deyib: “Mənim kimi insanların 2 seçimi var: xəyallarından əl çəkmək və mübarizə aparıb fərqli bir həyat yaşamaq. Mən ikincini seçdim”. Yarışda münsif olan Tayvanın məşhur müğənnisi gənci onunla birlikdə dünya turuna dəvət edib. Lui Vei hazırda universitetdə oxuyur.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru