25.10.10

Əri öz arvadının burun-qulağını kəsdi

Qadının cəmi 12 yaşı varmış

Əfqanıstan. Ər bir həftə öncə yerli məhkəmənin qərarı ilə 12 yaşlı həyat yoldaşının burnunu və qulaqlarını kəsib. Buna səbəb qızcığazın kişinin evindən qaçmağa çalışması olub. Qanaxmadan ölüm ayağında olan qızı amerikalı hərbçilər həkimə çatdırmasa, o, guman ki, dünyasını dəyişəcəkdi. Aişə adlı qızı artıq keçmiş olan əri ilə hələ 8 yaşında olarkən nişanlayıblarmış. 12 yaşında «tamhüquqlu həyat yoldaşı»na çevrilmiş qız buna dözməyərək evdən qaçmağa qərar verib. İndi Aişə Amerikadadır. «Time» jurnalı onun şəkillərini dərc etməklə Əfqanıstan qadınlarının problemlərinə diqqət çəkməyə çalışıb.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru