Dünyanın böyük bayrağı hazırlandı və rekord qırdı
Livan. Müxtəlif rekordların qırıldığı Livanda bu dəfə də dünyanın ən böyük bayrağı rekordunu sındırdılar. Gənc Livanlı immiqrantların xəyal gücünün məhsulu olan və Küveytdə parça parça tikilib Livanda bir araya gətirilən bayraq ümumilikdə 65 min kvadrat metr təşkil edir. Daha əvvəlki ən böyük bayraq Fas tərəfindən 60 min kvadrat metrlik bayraq hesab olunurdu. Livanlı gənclərin Livan bayrağı rekordu, Ginnesin Rekordlar Kitabına da düşdü. Rekord Livan bayrağının tam ortasında təsvir edilən və ölkənin simvolu olan sidr ağacının ölçüsü isə 10 min 452 kvadrat metr oldu.


No comments:
Post a Comment