
Keçmiş seks köləsi kitab nəşr etdi
Nataşa Kampuşun iztirablı 3096 günü
Avstriya. Hələ 1998-ci ildə 8 yaşlı Nataşanın valideynləri onun itkin düşməsi ilə əlaqədar polisə müraciət etmişdilər. Onun axtarılması istiqamətində əyalət polisindən tutmuş "İnterpol"a qədər bütün xəfiyyələr hərəkətə keçmişdilər. Qıza yalnız 8 ildən sonra - 2006-cı ildə valideynlərinə qovuşmaq müyəssər olmuşdu. Həmin vaxt məlum olmuşdu ki, bu illər ərzində o seksual manyakın köləsi olmuş və olmazın müsibətlərinə məruz qalmışdır. Nataşa manyakın bircə gün buraxdığı səhlənkarlıq üzündən zirzəmini tərk edərək qaçmış, manyak Volfhanq Priklopili adlı manyak isə onun hər şeyi polisə danışacağını yəqin etdiyi üçün özünü öldürmüşdü. Bu günlərdə xanım Nataşa Kampuş öz həyatını qələmə aldığı "Nataşa Kampuşun 3096 günü" kitabı işıq üzü görüb. Kitabdan bir parça:
"...o evə gələndə yenə bədənimi titrətmə tutdu, amma ağrılara öyrəşmişim və onu necə xoş duyğularla əvəz etməyə adaptasiya olurdum getdikcə. Qapını örtükdən sonra mənə baxıb gülümsündü: "Bu gün isə sən məni maestro adlandırmalısan (çağırmalısan)..."
No comments:
Post a Comment