
Ağırlıqqaldıran qadın məşqdə doğdu
Doğuş 3 ay tez olub
Çili. Ağır atlet Elizabet Poblete məşq zamanı doğub. 22 yaşlı qadın idmançının oğlu olub. Hadisə idmançı ştanqla hərəkətlərdən birini yerinə yetirərkən baş verib və buna Elizabet Pobletenin özü də təəccüblənib. Onun sözlərinə görə, son bir həftə ərzində özünü pis hiss edirmiş.
Uşaq həkimlərin təyin etdiyi vaxtdan üç ay tez doğulub. Hazırda o intensiv tepapiya şöbəsindədir. Elizabet Poblete isə xəstəxananı tərk edib. Qadın ağır atlet 2008-ci ildə Pekin Olimpiadasında iştirak edib. O 75 kiloqram çəki dərəcəsində mübarizə aprarıb və 12-ci yeri tutub.
No comments:
Post a Comment