
Rəqs edən stüardessalar
Aviaşirkət bu üsulla sərnişin cəlb edir
Filippin. “Cebu Pacific Airlines” hava yolları şirkəti yadda saxlanılması vacib olan məlumatları sərnişinlərə çatdırmaq üçün fərqli yola əl atıb. Təyyarədəki stüardessalar bu məlumatları sərnişinlərə rəqs edə-edə çatdırırlar. Bu görüntülər internetdə yayıldıqdan sonra rekord qırmağa başlayıb. Şirkətin nümayəndəsi Kandis İyaq bilirib ki, tətbiq edilən yeniliyin maraqla qarşılanacağını əvvəlcədən bilsələr də, onun bu qədər populyarlaşacağını düşünməyiblər. Qeyd edək ki, “Cebu Pacific Airlines” şirkətinin stüardessaları vacib məlumatları sərnişinlərə Ledi Qaqanın “Just Dance” mahnısının sədaları altında çatdırırlar. Proses üç dəqiqə çəkir.
No comments:
Post a Comment