11.5.10

Qəribə reklam növü

Bir dəstə qadın, kişi soyunub metrolara düşdü

İngiltərə. Səhər vaxtı işə və dərsə getmək üçün paytaxt Londonda metroya minən sərnişinlər heyrətə gəliblər. Səbəb isə yeraltı nəqliyyat vasitəsində sərbəst şəkildə gəzən çılpaq insanlar olub. İki qadın və iki kişi olan çılpaqlar yalnız əllərindəki çanta və çətirlər vasitəsilə bədənlərinin bəzi bölgələrini gizlədiblər. Onlar heç bir şey olmamış kimi \"normal geyimli\" insanlarla metroda səyahət ediblər. Amma bir müddət sonra çılpaqların reklam kampaniyasının bir hissəsi olduğu bəlli olub. Sən demə çılpaqlar yeni yayımlanacaq "The Naked Office" (Çılpaq ofis) adlı serialı reklam ediblər. Serialda maddi çətinlik yaşayan şirkətin işçilərinin iş yerlərini xilas etmək üçün soyunmalarından bəhs edilir.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru