16.5.10

Hamilə olduğunu yeni öyrəndi…

…3 saat sonra uşaq doğdu

İngiltərə. Burada qəribə hadisə baş verib. Hamilə olduğunu yenicə öyrənən qadın bu xəbəri aldıqdan 3 saat sonra uşaq dünyaya gətirib. "Daily Telegraph"da yer alan məlumata görə, 21 yaşlı Belinda Vaite son 9 ayda dəfələrlə xəstəxanaya getsə də, ona hamilə olduğu deyilməyib. Qadına həkimlər həssas bağırsaq sindiromu diaqnozu qoyaraq evə göndəriblər. Əlləri və ayaqları şiş halda xəstəxanaya aparılan Belindaya allergiyası olduğu deyilib. Bu il yenidən bütün vücudunun ağraması şikayəti ilə xəstəxanaya gedən qadına 3 aylıq hamilə olduğu bildirilib. Ancaq əslində 9 aylıq hamilə olan Belinda Vaite bu xəbəri eşidəndən 3 saat sonra uşağını dünyaya gətirib.
Cəmi bir necə saatın içərisində baş verənlər gənc ananı şoka salıb. "Bu cür şeyləri qəzetlərdə oxuyanda insanlar özlərinin başına gəlməyəcəyini düşünürlər. Birdən-birə uşaq sahibi olduğuma heç kim inanmır. Aylar keçdikcə içimdə bir şeyin tərpəndiyini hiss edirdim. Amma hamilə ola biləcəyim ağlıma belə gəlməmişdi"- deyə gənc ana bildirib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru