21.5.10

Sehirli ana səsi

İnsanın çox sevdiyinin səsini eşitməsi ona sakitləşdirici təsir bağışlayır

ABŞ. Elm adamları anaların öz uşaqlarıyla, sadəcə, telefonla əlaqə saxlaya bildikləri üçün özlərini günahkar saymalarını yüngülləşdirə biləcək bir araşdırma aparıblar. Qaynar.info xəbər verir ki, bu araşdırmaya görə, anaların səsi hətta gərgin uşaqları sakitləşdirməyə yetir. Araşdırmaçılar sevilən biri ilə səs mübadiləsinin insanlara necə təsir etdiyini öyrənmək üçün apardıqları təcrübədə üzə çıxarıblar ki, oksitosin hormonunun yetkinlik vaxtı öncəsində və gərgin durumda olan qızlara analarının və ya çox sevdikləri birinin səsini eşitmək sakitləşdirici təsir bağışlayır. Yaşları 7 - 12 olan 61 qız, tanımadıqları insanların önünə çıxarılaraq onlardan bir performans göstərmələri istənilib. Daha sonra bu qızlar 3 qrupa bölünüb.

Onlardan 1-ci qrupu anaları tərəfindən fiziki təmas yolu ilə sakitləşdirilib. 2-ci qrup anaları ilə telefonda danışıb, 3-cü qrup isə anaları ilə heç bir təmas qurmayıb. Bu müddətdə uşaqların stress hormonuna nəzarət olunub. Anaları tərəfindən fiziki, ya da səs yoluyla sakitləşdirilən uşaqların oksitosin hormon səviyyəsində bənzərliklər qeydə alınıb. Alimlər vurğulayıblar ki, əldə olunan nəticələr bir daha yaxınların, xüsusilə də anaların səsinin çılğın uşaqların sinir sisteminin sakitləşdirilməsinə, onlarla sosial əlaqələrin qurulmasına çox güclü təsir göstərdiyini ortaya qoyub. Ailələri və dostları ilə yaxşı münasibət qura bilməyən yeniyetmələrin sağlıq durumları da digər yaşıdları ilə müqayisədə mənfi təsir bağışlayır. Anaların səsi həm də uşaqları sağlıq baxımından rahatladır.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru