
Türkiyədə evlilik kafesi
Ora subay girən evli çıxır
Türkiyə. Antalya şəhərində evlənmək istəyən cütləri görüşdürən izdivac proqramlarında ekrana çıxmaq istəməyənlər üçün bir alternativ təqdim edilir. Yerli televiziya kanallarından "Kanal VIP"-də həftədə 3 gün "Gönülçelen İzdivaç" adlı proqram təqdim edən Cevdet Dönmez, evlənmək istəyən lakin ekranda görünmək istəməyən namizədlərin çoxluğundan dolayı yeni ildə "İzdivac Kafe" xidmətə açmışdı. 3 ay içərisində 300 müraciət alaraq 5 cütünü də evləndirdi. 5 cütü nişanlandığını ifadə edən Dönmez: "Evlənməyi çox istəyən lakin ekrana çıxmaq istəməyənlərin sayı, çıxanlardan çox daha çox. Kafeterya televiziyaya çıxmağa cəsarət edə bilməyən böyük seqmentə xitab edir" - dedi. Bu evlilik macərasını yaşayan cütlərdən birinin Antaliya valiliyinin mətbuat katibi 48 yaşındakı Turgut Bayazit ilə SSK-dən təqaüdçü 43 yaşında Arife Yılmazın olduğunu izah edən Dönmez, ikilinin evləndiyi Böyükşəhər Nikah Dairəsində şəxsən olaraq xoşbəxtliklərinə şahid olduğunu söylədi.
Müraciət edənlər yaş, peşə, mədəni təcrübəsi və xarakter quruluşuna görə meyarlandırılır. Dönməz, bir-birinə uyğun gələ biləcək cütləri kafelərində görüşdürüb tanış edir. Cütlərin bir-biriylə razılaşması sonrası, 3 aylıq nişanlı qalma müddəti başlayır. Bu müddəti müsbət tamamlayan cütlər, nikah masasının yolunu tutur. Bu üsulu seçənlərin əksəriyyətini, 40 və üzəri yaşlardakı qadın və kişilər meydana gətirir. Müraciət edənlərin peşə qruplarında təqaüdçü müəllimlər, məmurlar və fermerlər üstünlük təşkil iştirak edir.
No comments:
Post a Comment