
Ən qədim bakteriya növü aşkarlandı
Tədqiqatçılar bu mikrob növlərinin artıq çoxdan yoxa çıxdığını düşünürdülər
ABŞ. Sakit okeanın dərinliklərində Yer üzünün ən qədim canlısı tapılıb. Alimlər azotla nəfəs almaq qabiliyyətinə malik olan bu mikrob növlərinin artıq çoxdan yoxa çıxdığını düşünürdülər. Beynəlxalq ekspedisiya qrupu tərəfindən aşkarlanan bu mikrob kütləsi Latın Amerikası yaxınlığında Sakit okeanın dərinliklərində yaşayır. Bu canlı orqanizmlər suyun güclü təzyiqə malik olduğu qatda yaşayır və onlara günəş işığı çatmır. Ekspedisiya qrupunun rəhbəri professor Viktor Qalardo bildirib ki, söhbət təxminən 3 milyon il əvvəl Yer üzündə yaşayan mikroblardan gedir. Onlar bu müddət ərzində öz formalarını belə dəyişməyiblər. Bu mikroorqanizmlər Yerdə təxminən 2,5 milyard il əvvəl mövcud olan canlıların ən yaxın qohumlarıdır. Mikroblardakı DNT də Yer üzündə ən qədim qan DNT-si sayılır.
No comments:
Post a Comment