24.4.10

Zəlzələlərə səbəb örtünməyən, açıq-saçıq gəzən qadınlar və evlilikdən kənar olan münasibətlərdir

Hüccətül-İslam Kazım Sadıqi belə deyib

İran. Bunu İran prezidenti Mahmud Əhmədinejadın Tehranda zəlzələ ola biləcəyini və azı 5 milyon insanın şəhəri tərk etməsi gərəkdiyi barədə açıqlamasına cavabında ölkənin ən məşhur din xadimlərindən olan Hüccətül-İslam Kazım Sadıqi deyib. Tehranda cümə namazına dayanan pişnamazlardan biri olan Kazım Sadiqi "təbii fəlakətlər bizim sonumuzdur" deyib. Onun sözlərinə görə, qeyri-qanuni münasibətlərin artması yeraltı təkanları da artırır: "İslami qaydalara riayət etməkdən başqa seçimimiz yoxdur". "Ilımlı Aftab-e yazd" qəzetinin məlumatına görə, Hüccətül-İslam boşanmaların artmasına da münasibət bildirib. Onun sözlərinə görə, bunlar toplumda dağıntılara yol açır. O, erkən yaşda evliliyə marağın artması və boşanmaların qarşısını almaq üçün ortaq səy göstərilməli olduğunu qeyd edib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru