15.4.10

Həyat yoldaşı ilə cinsi əlaqədə olmayan kişini cərimə edilib

Məhkəmə öz qərarını “insan haqlarının pozulması” ilə əlaqələndirib

Türkiyə. Məlumata görə, həyat yoldaşı cinsi əlaqədən imtina edən qadın boşanma və təzminat tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə qadının tələbinin haqlı olduğunu bildirərək, kişinin cərimə edilməsi barədə qərar çıxarıb: “Ər, psixoloji səbəblərə görə olsa da, həyat yoldaşı ilə cinsi əlaqə yaşamayıb. Bu da qadına mənəvi təzminat verilməsi üçün yetərlidir. Ailədə cinsi əlaqənin olmaması qüsur sayılır. İddia qaldıran qadının insan haqlarının pozulduğu sübuta yetirilib. Türkiyə Mədəni qanunu boşanmaya səbəb olan olaylara görə insan haqları pozulan tərəfin mənəvi təzminat almasını nəzərdə tutur. Əldə edilən sübutlar da qadının heç bir qüsurunun olmadığını, evliliyin də onun günahı səbəbindən pozulmadığını göstərir. Məhkəmə tərəflərin sosial və iqtisadi vəziyyətini, təzminata səbəb olan hadisənin ciddiliyini nəzərə alaraq, qadına dəyən zərərin müqabilində mənəvi təzminat ödənilməsini vacib sayır”.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru