16.3.10

Ər tapmaq problemi

Bunun üçün müvafiq kurslara getmək lazım gəlir

Yaponiya. Gündoğar ölkədə əla ər tapmaq demək olar ki, qızların ən böyük problemidir. Sən demə bunun üçün subay qızlar hətta hazırlaq kurslarına gedir. Bundan əlavə qızlar hələ bir sıra çətinliklərə də qatlaşmalı olur. Təki, nəticə uğurlu olsun. Yaponiyada əhalinin xüsusəndə zərif cinsin sayının artması qızların ərə getmək istəyini müşkilə çevrib. Ən böyük problemsə münasib ər tapmaqdır. Aparılan araşdırmaların nəticəsi göstərir ki, hazırda Yaponiyada 20-30 yaş arası qızların əksəriyyəti subaydır. Dövlət Statistika İdarəsinin məlumatına görə 34 yaşdan aşağı qızların təxminən 3 nəfərdən bir ailə qurub. Bu problemin aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür. Buna misal olaraq Tokiodakı «Evliliyə hazırlıq məktəbini» göstərmək olar. Məktəbdə subay və nişanlı qızlara müxtəlif məsləhətlər verilir. Ötən ay fəaliyyətə başlayan «Evliliyə hazırlıq məktəbi»-nin indi 30 şagirdi var. Burada illik təhsil haqqı 2200 dollardır. Məktəbdə həmçinin subay oğlanlar da ailə məsələləri ilə bağlı biliklərini artırırlar. Burda təhsil alanlara əks cinslə danışıq tərzi, onlarla davranış qaydaları, bəzənmək və sairə məsələlər öyrədilir. Qızların əsas diqqət verilməli olduğu məqam isə qaynana və qaynatayla münasibətlərin necə tənzimlənməsi məsələsidir. Ona görə Yaponiyada bu məsələyə xüsusi önəm verilir ki, son sözü oğlanın ata və anası deyir.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru