Cənubi Amerikadakı bulud dağı alimləri heyrətə salıb
Bu cür buludun oxşarı Avstraliya səmasında da qeydə alınıb
Uruqvay. «Silindir bulud» kimi tanınan, çox nadir görünən bulud dağı Cənubi Amerikanın Uruqvay dövlətində qeydə alınıb. Yerli fotoqraflar tərəfindən lentəə alınan bu səhnədən sonra alimlər məsələni araşdırmağa başlayıblar. Alimlər şəkillə tanış olduqdan sonra heyrətə düşüblər. Çünki indiyə qədər belə bir təbiət hadisəsi ilə heç vaxt qarışlaşmayıblar.
NASA-nın nümayəndələri Robert Nemiroff və Cerri Bonnel açıqlamalırnda deyiblər ki, bu nadir bulud dağları əsasən soyuq havanın yaxınlarında olur. «Əsasən, yaxınlaşan fırtınadan xəbər verir. Bulud dağı fırtınanın aşağıya enməsinə, havanın temperaturunu azaltmağa və yağışa döndərməyə xidmət edir. Belə budul dağlarında hava qəribə bir şəkildə hərəkət edir». Ancaq alimlər bütün hər şeyə rəğmən, bu bulud dağının tornadoya çevrilməsini mümkün hesab etmirlər. Onu da bildirək ki, belə hallar Avstraliyada hər yaz qeydə alınır. Amma bəzi alimlər belə hesab edirlər ki, sözügedən bulud dağı «Göyün Qapısı»dır. Ancaq bu «qapı»nın haradan başladığını və necə olduğunu isə araşdırmaq mümkün deyil. Bununla bağlı alimlər yeni tezislər üzərində çalışırlar.
No comments:
Post a Comment