3 yaş fərqi ilə 4 əkiz
Tibb aləmində nadir hadisə baş verib
İngiltərə. Tibb aləmində nadir hadisə baş verib. Londonda bir ailənin 3 il fərqlə 4 əkiz övladı dünyaya gəlib. Belə ki, Elen Baxter təbii yolla hamilə qala bilmədiyi üçün həkimə müraciət edib. Burada süni yolla dölləndirilmiş iki yumurtası ana bətninə yerləşdirilib, 4-ü isə saxlanılıb. Elen və Şeyn ilk uşaqlarını 2007-ci ildə qucaqlarına alıb. Alisiya adı verilən qızın doğumundan bir qədər sonra onlar yenidən övlad sahibi olmağa cəhd edib. Ancaq təbii yolla hamilə qala bilməyən qadın yenidən süni mayalanmaya müraciət edib. Dondurulmuş 4 embrionun köməyi ilə hamilə qalan 41 yaşlı Elen üçəm doğub. Nəticədə cütlüyün biri 2007-ci, 3-ü isə 2010-cu ildə doğulan 4 əkizi olub.
No comments:
Post a Comment