Turist qadın pişiyin qanını içdi
Onun azadlıqda olması heyvansevərləri ayağa qaldırıb
Türkiyə. Bodrum bölgəsinə istirahətə gedən 35 yaşlı qadın qaldığı hotellərdə pişikləri öldürərək, qanını içməklə heyvansevərləri ayağa qaldırıb. Hotel rəhbərliyinin şikayəti əsasında saxlanılan qadın verdiyi ifadədə hərəkətini etiraf edib.
O, ifadəsindən sonra azadlığa buraxılıb və əqli cəhətdən zəif olduğu bildirilib.İfadələrdən bəlli olur ki, qadın Bodrumda bir hotelə yerləşib. İki gün qaldıqdan sonra oranı tərk edib və xadimə hoteli təmizləyərkən qəribə mənzərə ilə rastlaşıb. O, hamamda qanlar içində pişik ölüsü tapıb. Hadisə barədə hotel rəhbərliyinə məlumat verilib. Təhlükəsizlik kamerasındakı qeydlərin köməkliyi ilə müəyyən edilib ki, 35 yaşlı qadın otağa gedərkən foyedəki pişiyi də özü ilə aparıb. Qadın ifadəsində bildirib ki, hoteldəki pişiyi duşun şlanqı ilə boğub. Sonra onun qarnını yararaq, qanını içib. Bodrum heyvansevərləri isə pişiyi vəhşicəsinə öldürən qadının azadlığa buraxılmasına etiraz edir. Onların fikrincə, pişiyin qanını içən və ruhi xəstə olduğu bildirilən qadın eyni hərəkəti hər hansı bir insana, uşağa da qarşı edə bilər.
No comments:
Post a Comment