30.4.09

ADNA-da baş verən qanlı terror!
10-larla tələbə həyatını itirdi...

Azerbaycan. Paytaxt Bakıda Dövlət Neft Akademiyasına daxil olan naməlum şəxsin binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Həlak olan digər 2 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat qrupu yaradılıb. Prezident İlham Əliyev hadisə ilə bağlı başsağlığı verib. Dövlət başçısı hədsiz kədərləndiyini bildirir, həlak olanların ailələrinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib. Hazırda 1 saylı Klinik Tibbi Mərkəzdə 7 ölü, 8 yaralı var. Yaralılardan biri evə buraxılıb. Klinik Tibbi Mərkəzdə xeyli sayda qan verən var. Qan verənlər əsasən tələbələrdir. Yaralılarla görüşə heç kimi – nə qohumlarını, nə də jurnalistləri buraxmırlar.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru