12.5.09

11 yaşlı qız ana oldu

Onun ailəsi qızın sevdiyi oğlanla evlənməsinə razılıq verib

Türkiyə. Samsun vilayətində inanılmaz hadisə baş verib, 11 yaşlı qız ana olub. Rəsmi sənədlərdə 1998-ci il təvəllüdlü olduğu göstərilən A.Ç. 18 yaşlı Ali P. ilə bir-birlərini seviblər. Ali P. qızı qaçırıb və bundan az sonra A. Ç. hamilə qalıb. Nəticədə ailələri onların evlənmələrinə razı olub.

3 ay əvvəl müayinə üçün həkimə gedən A.Ç.-nin yaşının kiçik olduğu ortaya çıxıb və nəticədə Ali P. həbs olunub. Bu yaxınlarda onun məhkəməsi keçirilib. Məhkəməyə qucağındakı 1 həftəlik körpəsi ilə gələn 11 yaşlı qız uşağının atasını sevdiyini, ailələrinin razılığı ilə evləndiklərini deyib.

Prosesdə iştirak edən psixoloq qızın fiziki olaraq yaşına görə daha çox inkişaf etdiyini bildirib. Qızın atası isə A.Ç.-nin əslində 15 yaşında olduğunu, bunun sənədlərdə səhv göstərildiyini söyləyib. Ali P. barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru