Çəhrayı tumanlı amerika əsgəri səngərdə
O taliblərin qəfil hücumu zamanı başını itirdi
Əfqanıstan. Qulluq edən amerikalı əsgər Zahariy Boyd taliblərlə döyüşə çəhrayı alt tumanında çıxıb. “The Times” verdiyi məlumata görə, onun əynində qırmızı köynək, yalın ayaqlarında isə şap-şap olub. 19 yaşlı Boyd dincələn zaman qulluq etdiyi Kunar şəhər hərbi hissəsinə hər zaman olduğu kimi qəflətən taliblərin hücumuna məruz qalıb. Əsgər vaxt itirməmək üçün əyninə ancaq zirehli jilet geyib, başına isə dəmir kaska qoyub, şalvarını geyinmək üçün isə sadəcə çatdırmayıb. “Associated Press” agentliyinin fotoqrafı səngərdə tumanda, köynəkdə və şap-şapda dayanan əsgəri arxadan çəkib. Məlumatda bildirilir ki, Zahariy Boyd şəklinin çəkilməsindən narahat olaraq valideynlərinə zəng edib. O, qəzetdə dərc olunan və onun çəhrayı tumanını göstərən şəklin prezident Barak Obamaya göstərildiyi təqdirdə, dövlət başçısının onu ordudan qovacağından qorxur.
No comments:
Post a Comment