15.5.09

Ana azyaşlı qızını zorlamaqda ərinə yardım etdi

Nrünberq şəhərində doğma qızını zorlayan atanın və bu işdə ona kömək edən ananın məhkəməsi başa çatıb.

Almaniya. Məlumatına görə, Volfqanq R. adlı kişi 12 yaşlı qızı Klarissanı 2 ay ərzində dəfələrlə zorlayıb. Dəhşətlisi odur ki, bu iyrənc əməli törətməkdə ona arvadı da kömək edib. Bu durum yeniyetmə qız hamilə qalaraq, dünyaya uşaq gətirəndən sonra ortaya çıxıb.

Məhkəmə manyak atanın 7 il 3 ay, qızın anasının isə 3 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Volfqanq R. məhkəmədə törətdiyi əmələ görə peşman olduöunu deyib. Qızın anası isə göz yaşları içində “ərim məndən yardım istədi, etməyəcəyim təqdirdə digər uşaqlarımı əlimdən almaqla qorxutdu, mən uşaqlarımdan ayrılmaqdan qorxurdum, indi bütün ailəm dağıldı”, - deyə söyləyib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru