19.5.09

Ataları ayrı olan əkizlər

Anası onlardan birinə hamilə ikən başqa kişi ilə görüşüb

ABŞ. 11 ay əvvəl dünyaya gələn əkiz uşaqların atalarının fərqli olduğu üzə çıxıb. “Telegraph” qəzetinin məlumatına görə, Texas ştatında yaşayan Mia Vaşinqtonla nişanlısı Ceyms Harissonun əkiz uşaqları dünyaya gəlib.

Castin və Cordan adlı əkizlər 11 aylıq olarkən valideynləri uşaqların üz quruluşlarının tamam fərqli olduğunun fərqinə varıblar. Onlar körpələri DNT testindən keçiriblər. Məlum olub ki, uşaqların atası eyni adam deyil.

Mia Vaşinqton hamilə olanda başqa bir kişi ilə əlaqəyə girdiyini etiraf edib. O, “əkiz övladlarımın ataları fərqlidir, belə bir hadisə nəinki Amerikada, heç bütün dünyada olmayıb, bundan sonra da olmayacaq, gələcəkdə həqiqəti uşaqlara deyəcəyəm, amma digər uşağın atasına heç nə deməyəcəyəm”, - deyib. Onun nişanlısı da Mianı bağışladığını, uşaqları bərabər böyüdəcəklərini söyləyib. Həkimlər və mütəxəssislər isə indiyədək belə bir vəziyyətlə qarşılaşmadıqlarını, bunun ilk və son olduğunu təxmin etdiklərini bildiriblər.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru