29.4.09

Bacısına qarşı seksual xarakterli hərəkət etdi

O bunu bacısının razılığı ilə etdiyini israr edir

Azərbaycan. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 14 yaşlı bacısını zorlamaqda təqsirləndirilən 20 yaşlı Bakı sakini Azər Fərəcovun məhkəməsi başa çatıb. A.Fərəcov Cinayət Məcəlləsinin 150.3-cü (azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. İttihama görə, o, bacısı Sevilə (ad şərti verilib) zor tətbiq etməklə ona qarşı seksual xarakterli hərəkətlər edib.

Məhkəmədə 14 yaşlı bacısını zorlamaqda təqsirləndirilən 20 yaşlı Bakı sakini Azər Fərəcovun məhkəməsi başa çatıb. A.Fərəcov Cinayət Məcəlləsinin 150.3-cü (azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. İttihama görə, o, bacısı Sevilə (ad şərti verilib) zor tətbiq etməklə ona qarşı seksual xarakterli hərəkətlər edib. Məhkəmədə ifadə verən A.Fərəcov özünü qismən təqsirli bilib. O, etiraf edib ki, bacısına qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib. Ancaq bunu bacısının razılığı ilə edib. Lakin məhkəmədə zərərçəkmiş qismində dindirilmiş qız qardaşının onu hədə-qorxu altında saxladığını söyləyib. "Qardaşım mənə qarşı seksual hərəkətlər edəndən sonra bu barədə heç kəsə deməməyimi tapşırırdı və məni hədələyirdi" - deyə zərərçəkmiş məhkəmənin nəzərinə çatdırıb. Məhkəmənin hökmü ilə Azər Fərəcov 14 il müddətinə azadlıqdan məhrum edilib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru