23.12.09

16 yaşlı qız qardaşından hamilə qalıb

Qardaşı ilə əlaqəyə girən qız hamilə qaldığını xəstəxanada öyrənib

Türkiyə. Sivas vilayətində mədə ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 16 yaşlı qız xəstəxananın tualetində uşaq doğub. Hadisənin meydana çıxmasından sonra keçirilən araşdırmada azyaşlı qızın 21 yaşlı qardaşından hamilə qaldığı məlum olub. Polisə ifadə verən 16 yaşlı qız 7.5 ay əvvəl qardaşı ilə intim münasibətdə olduğunu, qorxduğu üçün bu barədə heç kimə məlumat vermədiyini, hamiləliyini isə xəstəxanada öyrəndiyini deyib. Hadisəni törədən 21 yaşlı qardaşın 15 gün əvvəl işləmək üçün İstanbula getdiyi bildirilib. Sivas prokurorluğu hadisə barədə istintaq başladıb. Polis tərəfindən saxlanılan 55 yaşlı ata isə hadisədən xəbərsiz olduğunu deyib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru