22.12.09

Qızına, sonra qızından olan qızına təcavüz etdi

17 yaşlı qızın bacısı bildiyi qadın anası imiş...

Türkiyə. Yortanpazarı qəsəbəsində dəhşətli ailə dramının üstü açılıb. 17 yaşlı B.B məktəbdə olan zaman müxtəlif dərmanlar içərək intihar etmək istəyib. Gənc qız xəstəxanaya çatdırılıb və həkimə öz babası saydığı 52 yaşlı R.B-nin ona davamlı olaraq cinsi təcavüz etdiyi üçün ölmək istədiyini bildirib.

Prokurorluq R.B-ni saxlayıb və B.B-nin bacısı saydığı 34 yaşlı F.B-nin də ifadəsini alıb. F.B-nin ifadəsindən məlum olub ki, əslində o, B.B-nin bacısı deyil, anasıdır. Başqa sözlə, 52 yaşlı ata öz qızına 13 yaşından başlayaraq 9 il ərzində cinsi təcavüz edib və nəticədə B.B və bir oğlan dünyaya gəlib. Oğlan uşağı başqa bir ailəyə övladlığa verilib.

B.B isə 52 yaşlı atanın öz arvadının dünyaya gətirdiyi qız kimi qeydiyyata salınıb. Yəni, guya qız F.B-nin bacısıdır. Əclaf ata da sonradan qızının dünyaya gətirdiyi B.B-yə təcavüz etməkdən də çəkinməyib. Elə özünə qəsd etmək istəyən B.B də F.B-nin bacısı deyil, anası olduğunu istintaq zamanı öyrənib. 52 yaşlı əclaf ata haqqında məhkəmə həbs qərarı verib. B.B isə Sosial Xidmətlər Müdirliyinə verilib.

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru