Bu müddətdə qız atasından üç dəfə hamilə qalıb
Türkiyə. Avstriya və İngiltərədə doğma ataların qızlarını illərlə evdə əsir saxlayıb, onları zorlamaları faktına bənzər bir hadisə Türkiyədə yaşanıb. Məlumatına görə, İstanbulun Kiçikçəkməcə qəsəbəsində yaşayan və hazırda 16 yaşında olan bir qızın 9 ildir, atası B.K-nın cinsi təcavüzünə məruz qaldığı ortaya çıxıb. Məlum olub ki, 7 yaşında atası tərəfindən zorlanan qız 9 ildə üç dəfə hamilə qalıb və abort etdirib. Ən dəhşətlisi budur ki, qızın anasının bu hadisələrdən xəbəri olsa da, o, indiyədək susmağa üstünlük verib. Hətta qızını da susmağa məcbur edib.
Bu hadisə qızın bibisinin vəziyyəti öyrənməsi ilə ortaya çıxıb. Bibi polisə müraciət edərək, qardaşının doğma qızını zorladığını bildirib. Məlum olub ki, təxminən 14 il əvvəl bütün ailə üzvləri piknikdə olarkən, B.K. qızının dodaqlarından öpüb. Bunu görən B.K.-nın atası oğlunun hərəkətindən qəzəblənib və kiçik qızı evinə apararaq, öz yanında saxlayıb. Dörd il sonra B.K. atasından üzr istəyib və bir daha belə hərəkətlərə yol verməyəcəyinə and içərək, qızını öz yanına aparıb. Ancaq bir müddət sonra atası qızına qarşı seksual hərəkətlər etməyə başlayıb, 7 yaşına çatanda isə onu zorlayıb. 9 il boyunca atası tərəfindən dəfələrlə zorlanan qız üç dəfə hamilə qalıb və aborta məcbur edilib. Sonuncu abort nəticəsində onda epilepsiya xəstəliyinin əmələ gəldiyi üzə çıxıb. Hazırda manyak ata tutularaq həbsxanaya göndərilib, xəstəliyə tutulan qız isə uşaq evinə göndərilib.

No comments:
Post a Comment