10.5.11

Eşq niyə bitir?

Ehtimal olunan səbəblər açıqlanıb

ABŞ. Qarşılıqlı eşq yaşayan cütlüklərin 3 ildən sonra bir-birlərindən daha çox şikayət etdiyi müşahidə olunur. Bununla bağlı olaraq 2 min nəfər arasında eşqin bitmə səbəbləri araşdırılıb. Mütəxəssilərin araşdırmalarına görə, eşq həyəcanı yaşayan cütlüklər həftədə 1-2 saat mübahisə edirlər. 3 ildən sonra bu müddət 2 saatdan 7 saata qədər çatır. Münasibətlərin əvvəlində cütlüklər 3 il birlikdə olanlarla müqayisədə 3 dəfə çox cinsi əlaqədə olurlar.Araşdırmalar nəticəsində məlum olub ki, cütlüklərin 67%-ni partnyorunun xoşagəlməz xüsusiyyətləri 3-cü ildən sonra narahat etməyə başlayır.Araşdırmalar ehtirası və eşqi öldürən aşağıdakı səbəbləri ortaya qoyub:
1. Partnyorun kökəlməsi
2. Pul itkisi
3. İş saatlarının uzun olması
4. Qarşı tərəfin baxımsızlığı (məsələn baxımsız dırnaqlar, səliqəsiz saçlar)
5. Partnyorun valideynləriylə çox vaxt keçirməsi

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru