14.5.11

Dostunun samuray qılıncını götürdü və

onun cinsi orqanını kəsib atdı

Bolqarıstan. 43 yaşlı Lyubomir Todorov darıxdığı üçün dostu Zaprian Lozanovun evinə qonaq gedib. Orada onun iti yapon qılıncını görüb və "Mən döyüş saatlarında ən bacarıqlı biri oluram" - deyib və həmin samuray qılıncı ilə şou göstərmək üçün qılıncı qaldırmaq istəyib. “O, qılıncı başımın üstündə oynadanda əlini tutdum və bu zaman bərk ağrı hiss etdim. Qılınc mənim qasığıma sancılmışdı” - deyə, Lozanov məhkəməyə ifadəsində bildirib.Hadisədən sonra 61 yaşlı Lozanov dərhal xəstəxanaya aparılsa da, həkimlər ona kömək edə bilməyiblər - onun cinsi orqanı kəsilibmiş. “Samuray”a isə prokuror 6 il həbs istəyib. Lakin Lozanov bütün dövlət qurumlarına müraciət edərək dostunun azad edilməsinə nail oldu.Hadisədən sonra bir jurnala müsahibəsində Lozanov belə deyib : “Onu bağışladığım üçün hər kəs məni alicənab hesab edir. Qoy hadisəni törədən şəxs də işləyib pul qazansın və mənim cinsi orqanımı bərpa etdirsin".

No comments:

Post a Comment

Free counter and web stats Анализ сайтов, проверка тиц, pr

Bütün hüquqları qorunur © İCTİMAİ MEDİA


Saytda olan materialların hər hansı bir vasitə ilə tam yaxud qismən nüsxələnməsi, yayılması, çap edilməsi və dərc olunması qadağandır. Bütün bunlara yalnız xüsusi icazə və ya informasiya mənbəyini göstərmək şərti ilə icazə verilə bilər.

Əlaqə: ictimai@vipfon.ru